Haqqımızda
Mühasibat uçotunun məqsədi maliyyə informasiyasının uçotu, hesabatların hazırlanması,
ümumiləşdirmək və qərar qəbul etmək üçün bir vasitə təmin etməkdir.
Bütün bunlara nail olmaq üçün mühasibat sistemi düzgün qurulmalı, risklərlə üzləşməmək üçün qeyd olunan işlər peşəkarlar tərəfindən görülməlidir.
Peşəkar və dəqiq uçot aparıldıqdan sonra müəssisənin müxtəlif şöbələri üçün hesabatlar verilə bilər.
Mühasibat uçotu hər kəs tərəfindən bu və ya digər şəkildə istifadə olunduğundan mühasibat uçotu prinsiplərini yaxşı başa düşmək hamı üçün faydalıdır.
Birgə Consulting Group olaraq sizlərə maliyyə və mühasibatlıq sahəsində peşəkar xidmət göstərməkdan qürur duyuruq.
Gənc və dinamik, savadlı və təcrübəli kollektivə malik Birge Consulting Group bu sahədə olan illərin təcrübəsini sizinlə bölüşməyə hər zaman hazırdır.